2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
9 ayda Energetika Nazirliyi tərəfindən 104 icazə verilib
2022-ci ilin 3-cü rübü ərzində Energetika Nazirliyi tərəfindən “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi” Qaydalarına uyğun olaraq, ixrac nəzarətinə düşən malların idxalı, ixracı və tranziti üzrə 38 icazə verilib.
Onlardan 31-i ixrac nəzarətinə düşən malların idxalı, 4-ü ixrac, 3-ü isə tranzitlə bağlı olub.
Ümumilikdə 2022-ci ilin yanvar-sentyabr ayları ərzində Energetika Nazirliyi tərəfindən 104 icazə verilib ki, bunlardan 89-nu ixrac nəzarətinə düşən malların idxalı, 6-nı ixrac, 9-nu isə tranzit ilə bağlı icazələr təşkil edib.
Bu dövrdə bütün icazələrin verilməsi 5 saylı Bakı “ASAN xidmət” mərkəzi vasitəsilə həyata keçirilib.
Xatırladaq ki, Energetika Nazirliyi tərəfindən 3 növ icazənin verilməsi “ASAN xidmət” mərkəzi vasitəsilə həyata keçirilir. Bura ixrac nəzarətinə düşən malların ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazə, mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən əşyaların dövriyyəsinə icazə, habelə ixrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi daxildir.