BP və Azərbaycan arasında uğurlu enerji tərəfdaşlığı davam etdirilir

 BP və Azərbaycan arasında uğurlu enerji tərəfdaşlığı davam etdirilir

bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrell oktyabrın 25-dən başlayaraq Azərbaycanda üçgünlük işgüzar səfərdə olub. Cənab Birrell çox uğurlu və sıx cədvəli olan bu səfərini başa vuraraq  dünən gecə Londona yola düşmüşdür.

Səfər zamanı cənab Birrell bp-nin regiondakı biznes rəhbərliyi və işçi heyəti ilə görüşlər keçirmiş və bp-nin əməliyyatçısı olduğu Şahdəniz Bravo platformasına və Səngəçal Terminalına baş çəkmişdir.

Səfər çərçivəsində həmçinin Baş nazir Əli Əsədov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, energetika naziri Pərviz Şahbazov və SOCAR prezidenti Rövnəq Abdullayev ilə görüşlər keçirilmiş, regionda bp-nin icraçısı olduğu layihələr, eləcə də bp ilə Azərbaycan arasında uğurlu enerji tərəfdaşlığının davam etdirilməsi üçün növbəti planlar və yeni imkanlar müzakirə edilmişdir.