“ASAN xidmət indeksi” üzrə qiymətləndirmədə ilk üçlükdə qərarlaşıb
5-10 İyul tarixlərində keçiriləcək 15-ci Bakı Yay Enerji Məktəbinə ərizə qəbulu başlanıb

15-ci Bakı Yay Enerji Məktəbi pandemiya ilə əaqədar olaraq 5-10 İyul, 2021-ci il tarixlərində online şəkildə təşkil olunacaqdır. Yay məktəbində xüsusi diqqət enerji bazarlarında islahatlar və bərpa olunan enerjinin inkişafına yönəldiləcəkdir. Yay məktəbində iştirak etmək üçün
iyun 20-nə kimi ərizə qəbuluna başlanılıb. Yay məktəbinin 2021-ci il proqramı tanış olmaq və iştiraka müraciət etmək üçün növbəti keçidə daxil olun http://ccee.ada.edu.az/baku-summer-energy-school/. İştirak ödənişlidir.
Bakı Yay Enerji Məktəbi, ADA Universitetinin nəzdində fəaliyyət göstərən Enerji və Ətraf Mühit üzrə Xəzər Mərkəzinin illik sertifikat əsaslı proqramı olub, SOCAR və BP-nin tərəfdaşlığı ilə təşkil edilir. O, qlobal və Xəzərin enerji məsələllərini qiymətləndirmək və daha yaxşı başa düşmək üçün dünyaca məşur alimləri, akademikləri və siyasətçiləri bir araya gətirir.
2021-ci ilin proqramına görə enerjinin əsasları, enerjinin iqtisadiyyatı, bərpa olunan enerji, enerjinin geosiyasəti, Xəzər bölgəsinin enerjisinə baxış, Azərbaycanın enerji siyasəti üzrə sessiyalar təşkil ediləcəkdir.
Yay məktəbində dövlət, özəl və akademik institutların nümayəndələri, o cümlədən Azərbaycan Dövlət Neft Fondu, SOCAR, Xarici İşlər Nazirliyi, Energetika Nazirliyi, ACWA Power, MASDAR, Georgetown Universiteti, BP Azərbaycan, Johns Hopkins Universitetinin nümayəndələri çıxış nitqi ilə iştirak edəcəklər.