2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
4.4 MVt -lıq“Kəlbəcər-1” KSES yenidən tikilir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarına səfər ediblər. Səfər çərçivəsində dövlət başçısı Kəlbəcər rayonunda enerji infrastrukturu, yüksək gərginlikli xətlər və “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasında (KSES) görülən işlərlə tanış olub.
Hal-hazırda Kəlbəcər rayonunun ərazisində Lev çayı üzərində 4,4 MVt gücündə “Kəlbəcər-1” KSES kiçik su elektrik stansiyası tamamilə yenidən qurulur, stansiyanın maşın zalı, aqreqatı, generatoru, idarəetmə panelləri, transformatorları yenilənir. Suyu hidroaqreqata ötürən dağıdılmış plastik su borusu 1,3 kilometr məsafədə diametri 1,8 metr olan metal borularla əvəz edilir. Stansiyanın maşın zalı və 110/6 kV-luq yarımstansiyasında isə işlər tamamlanıb. Beləliklə, ermənilər tərəfindən dağıdılaraq yandırılan “Kəlbəcər-1” KSES tam yenidən tikilərək, qarşıdan gələn aylarda başa çatdırılması planlaşdırılır.