3 yaşayış massivində qazlaşdırma işləri başa çatıb

 3 yaşayış massivində qazlaşdırma işləri başa çatıb

Ötən ayın 4-dən start götürən “Azəriqaz”  İB –nin “Açıq mikrofon” aksiyası 1 ay ərzində 11 fərqli məkanda təşkil olunub. Bu ərazilərin hər birində əhalinin qazlaşdırılması ilə bağlı işlər sürətlə davam etdirilir. Artıq bir neçə ərazidə qazlaşdırma işləri tamamlanmaq üzrədir. Hövsan qəsəbəsinin Bağlar massivində, Abşeron rayonunun Novxanı kəndində təşkil olunan aksiyadan sonra bu ərazilərin qazlaşdırılmasına başlanılıb və qısa müddət ərzində işlər yekunlaşıb.

Bundan əlavə Novxanı kəndində keçirilən aksiyaya Abşeron rayonu, Sevil massivində yaşayan sakinlər də qatılmışdı ki, onların müraciəti də təmin olunaraq yaşayış massivinin qazlaşdırılması icra olunub.   Bununla da 1 ay ərzində 3 yaşayış massivinin qazlaşdırılması tam olaraq icra olunaraq əhalinin istifadəsinə təhvil verilib.

Qeyd edək ki, “Açıq mikrofon” aksiyası Bakı və Abşeron yarımadası da daxil olmaqla ümumilikdə bütün regionları əhatə edir. Əsas məqsəd vətəndaşların problem və təkliflərinin yerindəcə dinlənilməsi, onları maraqlandıran sualların cavablandırılmasıdır.