230 MVt olan GES-nın tikintisi üçün müqavilə təsdiq olunub

 230 MVt olan GES-nın tikintisi üçün müqavilə təsdiq olunub

Qoyuluş gücü 230 MVt olan günəş elektrik stansiyasının tikintisi üçün hökumət adından imzalanmış müqavilənin təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti 12 iyun 2021-ci il tarixində sərəncam imzalayıb.

Sərəncama əsasən Azərbaycan Respublikasının Hökuməti adından Azərbaycan Respublikasının energetika naziri tərəfindən 2021-ci il aprelin 6-da imzalanmış “Azərbaycan Respublikasının Hökuməti və “Masdar Azərbaycan Enerji” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Azərbaycan Respublikasında Ərazi 60 Günəş Enerjisi Layihəsi haqqında İnvestisiya müqaviləsi” təsdiq edilib

və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həmin sərəncamın 1-ci hissəsində göstərilən müqavilənin həyata keçirilməsi üçün zəruri tədbirlərin görməsi  tapşırığı verilib.