2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
2024-cü ilin yanvar-noyabr ayları üzrə elektrik enerjisi göstəricilərinə dair operativ məlumatlara əsasən respublikada elektrik enerjisinin istehsalı 25 932,5 mln. kVt·st olub.
11 ay ərzində elektrik enerjisi istehsalı İES-lərdə 22 351,9 mln. kVt·st, SES-lərdə 2 780,9 mln. kVt·st, digər mənbələr üzrə isə 799,7 mln. kVt·st təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında 48,6 mln. kVt·st, günəş elektrik stansiyalarında 540,1 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 211,0 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
Yanvar-noyabr ayları ərzində yaşıl enerji mənbələri üzrə elektrik enerjisi istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 1 617,8 mln. kVt·st, yəni 80%-dən çox artaraq 3 580,6 mln. kVt·st təşkil edib.
Hesabat dövründə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 22 908,1 mln. kVt·st (İES-lərdə 20 314,7 mln. kVt·st, SES-lərdə 2 593,4 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 454,7 mln. kVt·st (İES-lərdə 227,7 mln. kVt·st, SES-lərdə 169,5 mln. kVt·st, GES-də 57,5 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 36,8 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 2 532,9 mln. kVt·st təşkil edib.
Bu müddətdə elektrik enerjisinin ixracı 1 255,3 mln. kVt·st, idxalı isə 159,8 mln. kVt·st olub.
Qeyd edək ki, 2024-cü ilin noyabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 089,7 mln. kVt·st olub. Bu dövrdə elektrik enerjisinin ixracı 7,9 mln. kVt·st, idxalı isə 9,1 mln. kVt·st təşkil edib.