IRENA and Azerbaijan Unveil Renewable Energy Partnership for Central Asia at COP29
2023-cü ilin birinci rübündə Azəri-Çıraq-Günəşli (AÇG) yatağından gündə gündə orta hesabla 5 milyon ton neft hasil edilib
AÇG-də iştirak payları: bp (30,37%), SOCAR (25,0%), MOL (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGCVideş (2,31%).
AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.
2023-cü ilin birinci rübü ərzində AÇG üzrə fəaliyyətlərə təqribən 115 milyon dollar əməliyyat məsrəfləri və 372 milyon dollar əsaslı məsrəflər xərclənmişdir.
Rüb ərzində Azəri Mərkəzi Şərqi (ACE) platformasının dayaq bloku tikildiyi Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodundan dənizə yola salınmış və AÇG yatağı sahəsində suyun 137 metr dərinliyində öz daimi yerinə quraşdırılmışdır. Qurğu bütün istismar sınaqları bitdikdən sonra 16 mart tarixində dənizə yola salındı və artıq platformanın üst modullarını qəbul etməyə hazırdır.
Dayaq blokunun sualtı konstruksiyalarının və qovşaqlarının quraşdırılması işləri hazırda 94% tamamlanıb.
ACE platformasının üst modullarının və qazma avadanlıqlarının istehsal-quraşdırma işləri Bibiheybətdəki tikinti sahəsində davam etmişdir. Hazırda tikinti işlərinin və sahə istismar sınaqlarının son mərhələsi həyata keçirilir və bu işlərin 2023-cü ilin ikinci rübündə başa çatacağı gözlənilir.
Bütün istismar sınaqları bitdikdən sonra üst modullar STB-1 daşıma barjasına yüklənəcək, dənizə göndəriləcək və AÇG yatağı sahəsində artıq öz yerində olan dayaq blokunun üzərinə quraşdırılacaq.
Birinci rübdə həmçinin sualtı izolyasiya konstruksiyası işə salınmışdır və boruların üst modullarda izolyasiyası işləri tamamlanmışdır. Dalğıc gəmisi mövcüd 30-düymlük qovşağın birləşdirilməsini başa çatdırmış, “Sitadel” gəmisi isə izolyasiya konstruksiyasının istiqamətinin dəyişdirilməsinə başlamışdır.
Mərkəzi Azəri platformasında ACE üçün nəzərdə tutulmuş telekommunikasıyaların modifikasiyası üzrə dəniz tikinti işlərinə başlanmışdır.
Rübün sonuna ACE layihəsi üzrə işlər ümumilikdə 86% tamamlanmışdı.
Hasilat
2023-cü ilin ilk üç ayında AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. Rüb üçün AÇG-dən ümumi hasilat – Çıraq (24 100), Mərkəzi Azəri (100 000), Qərbi Azəri (93 300), Şərqi Azəri (64 200), Dərinsulu Günəşli (69 400) və Qərbi Çıraq (35 000) platformalarından birlikdə – gündə orta hesabla 386 000 barel və ya ümumilikdə təxminən 35 milyon barel, yəni 5 milyon ton olub.
Rübün sonunda AÇG-də ümumilikdə 139 neft hasilat quyusu, 42 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub.
AÇG üzrə qazma və tamamlama fəaliyyətləri
Birinci rüb ərzində AÇG-də 2 neft hasilatı və 2 su injektor quyusu tamamlanmışdır.
Səmt qazı
2023-cü ilin birinci rübü ərzində AÇG-dən Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 6,5 milyon kubmetr, ümumilikdə isə 0,6 milyard kubmetr səmt qazı təhvil verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.