2022-ci ilin yanvar-aprel ayları üzrə elektrik enerjisi istehsal qarışığı

 2022-ci ilin yanvar-aprel ayları üzrə elektrik enerjisi istehsal qarışığı

Hesabat dövründə ötən ilin 4 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 232,6 mln. kVt·st artaraq 8621,3 mln. kVt·st, SES-lərdə 52,2 mln. kVt·st artaraq 492,6 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 7,4 mln. kVt·st artaraq 126,2 mln. kVt·st olub. Külək elektrik stansiyalarında 32,2 mln. kVt·st, günəş elektrik stansiyalarında 18,0 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTYZ) isə 76,0 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

4 ay ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 8350,5 mln. kVt·st (İES-lərdə 7887,5 mln. kVt·st, SES-lərdə 463,0 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 116,26 mln. kVt·st (İES-lərdə 73,9 mln. kVt·st, SES-lərdə 25,7 mln. kVt·st, GES-də 16,64 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 20,1 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə 753,2 mln. kVt·st təşkil edib.