2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
2022-ci ilin II rübündə qazma, hasilat, emal və ixrac göstəricilərinə dair məlumat
2022-ci ilin ikinci rübündə SOCAR qazma üzrə əhəmiyyətli artıma nail olub. Şirkət tərəfindən 20 min metrə1 yaxın qazma işləri həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 41,5% çoxdur.Hesabat dövründə şirkət tərəfindən 1,9 milyon tondan2 çox neft, 2 milyard kubmetrə3 yaxın qaz hasil olunub. Ölkə üzrə ümumilikdə 8,1 milyon tondan4 çox neft və 11,6 milyard kubmetrdən5 çox qaz hasil edilib. Dövr ərzində ölkə üzrə qaz hasilatı 16,7 % artıb.
Hesabat dövründə SOCAR tərəfindən dünya bazarına 4,9 milyon tondan6 çox xam neft, Gürcüstan bazarına isə 144 milyon kubmetrə7 yaxın təbii qaz ixrac olunub. Ümumilikdə isə ölkə üzrə qaz ixracı 36% artımla təqribən 5,5 milyard kubmetrə8 yüksəlib. SOCAR-ın dünya bazarına ixrac etdiyi neftin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 17,6%, Gürcüstana ixrac etdiyi qaz həcmləri isə 48,1% artıb. Qeyd edək ki, SOCAR öz imkanları ilə hasil etdiyi neftdən əlavə beynəlxalq konsorsiumlar çərçivəsində SOCAR və Azərbaycanın payına düşən neft həcmlərini də ixrac edir.
Şirkətin Azərbaycandakı emal kompleksində 1,2 milyon tona9 yaxın neft, 869 milyon kubmetrə10 yaxın təbii qaz emal olunub. Qaz emalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1% artıb. Rüb ərzində SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunmuş 403 min tondan11 çox neft, neft-kimya və qaz-kimya məhsulu xarici ölkələrə ixrac edilib. Hesabat dövründə ölkə ərazisində təbii qaz istehlakı ötən ilin analoji dövrü ilə müqayisədə 3% artaraq 2,2 milyard kubmetr12 təşkil edib. “Karbamid” və “Metanol” zavodlarının istehsal həcmlərinin artımı, həmçinin ölkədə qazlaşdırma səviyyəsinin yüksəlməsi qaz istehlakının artımını şərtləndirib.
Qeyd: Mətndə qeyd olunan rəqəmlər oxunaqlılıq məqsədi ilə yuvarlaqlaşdırılıb. Tam dəqiq rəqəmlər müvafiq olaraq, aşağıdakı istinadlarda göstərilib.
119.874 metr
21.940.164 ton
31.955.624.516 kubmetr
4 8.126.031 ton
511.613.518.460 kubmetr
64.934.277 ton
7143.797.469 kubmetr
85.454.456.000 kubmetr
91.151.720 ton
10868.848.122 kubmetr
11403.484 ton
122.223.116.000 kubmetr