Tarif Şurası bir sıra kommunal xidmətlər üçün yeni qiymətlər müəyyənləşdirilib
2022-ci ilin 3-cü rübündə qazma, hasilat, emal və ixrac göstəriciləri
SOCAR üzrə 2022-ci ilin üçüncü rübündə 18 min metrdən1 artıq qazma işləri həyata keçirilib.
Hesabat dövründə şirkətin istismar etdiyi yataqlarda 2 milyon tona2 yaxın neft, 2 milyard kubmetrdən3 artıq qaz hasil edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə SOCAR-ın qaz hasilatı 1,3 % artıb. Şirkətin istismar etdiyi neft yataqlarında hasilat səviyyəsinin nisbətən stabil saxlanılması istiqamətində kompleks tədbirlər planı davamlı şəkildə icra olunub.
2022-ci ilin üçüncü rübündə ölkə üzrə 8 milyon tondan4 artıq neft, 11 milyard kubmetrə5 yaxın qaz hasil edilib.
Cari ilin 3-cü rübündə SOCAR-ın ixrac göstəriciləri də qənaətbəxş olub. SOCAR tərəfindən ixrac edilən neftin həcmi 7,4% artaraq 4,8 milyon ton6 təşkil edib. SOCAR öz imkanları ilə hasil etdiyi neftdən əlavə beynəlxalq konsorsiumlar çərçivəsində SOCAR və Azərbaycanın payına düşən neft həcmlərini də ixrac edib.
Ölkə üzrə ixrac olunan təbii qaz həcmləri 16% artaraq, 5,2 milyard kubmetr7 olub. SOCAR tərəfindən Gürcüstan bazarına isə 174 milyon kubmetr8 təbii qaz ixrac olunub. Qonşu ölkəyə ixrac edilən qaz həcmləri ötən ilin analoji dövrü ilə müqayisədə 56,8 faiz artıb.
Hesabat dövründə ölkə daxilində 2,5 milyard kubmetr9 qaz istehlak olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5% çoxdur. Ölkə üzrə qazlaşdırma səviyyəsinin yüksəlməsi qaz istehlakının artımını şərtləndirib.
Cari ilin iyul-sentyabr ayları ərzində SOCAR tərəfindən 1,8 milyon ton10 neft, 898 milyon kubmetr11 qaz emal edilib. Qaz emalı ötən ilin analoji dövrü ilə müqayisədə 10,6% artıb.
Rüb ərzində SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunmuş 591 min tona12 yaxın neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib.
Redaktorlar üçün qeyd: Mətndə qeyd olunan rəqəmlər oxunaqlılıq məqsədi ilə yuvarlaqlaşdırılıb. Tam dəqiq rəqəmlər isə, müvafiq olaraq, aşağıdakı istinadlarda göstərilib.
118.129 metr
21.959.602 ton
32.027.948.000 m3
48.012.969 ton
510.980.746.000 m3
64.783.168 ton
75.154.684.000 m3
8173.916.000 m3
92.536.376.000 m3
101.755.250 ton
11898.110.000 m3
12590.827 ton