2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
2021-ci ilin yanvar-oktyabr aylarında elektrik enerjisinin istehsalı, ixrac və idxalı
Cari ilin yanvar-oktyabr aylarında isə respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1554,4 mln. kVt·st artaraq 22855,8 mln kVt·st olub.
2021-ci ilin 10 ayı ərzində elektrik enerjisinin ixracı 1156,0 mln. kVt·st olmaqla, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 254,9 mln. kVt·st artıb. İrana 252,8 mln. kVt·st, Türkiyəyə 318,6 mln. kVt·st, Rusiyaya 79,1 mln. kVt·st, Gürcüstana isə 505,5 mln. kVt·st elektrik enerjisi ixrac edilib.
Bu dövrdə elektrik enerjisinin idxalı 130,8 mln. kVt·st olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 15,8 mln. kVt·st artıb. İrandan 27,3 mln. kVt·st, Rusiyadan 78,9 mln. kVt·st, Gürcüstandan isə 24,6 mln. kVt·st elektrik enerjisi idxal edilib.