2021-ci ilin yanvar –oktyabr aylarında elektrik enerji istehsal qarışığı

 2021-ci ilin yanvar –oktyabr aylarında elektrik enerji istehsal qarışığı

Cari  ilin yanvar-oktyabr aylarında isə respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1554,4 mln. kVt·st artaraq 22855,8 mln kVt·st olub. Hesabat dövründə ötən ilin 10 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 1394,8 mln. kVt·st artaraq 21458,6 mln kVt·st, SES-lərdə 162,5 mln. kVt·st artaraq 1108,9 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 2,9 mln. kVt·st azalaraq 288,3 mln. kVt·st olub. Külək elektrik stansiyalarında 77,0 mln. kVt·st, günəş elektrik stansiyalarında 48,5 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTYZ) isə 162,8 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

Yanvar-oktyabr aylarında elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 20504,3 mln. kVt·st (İES-lərdə 19525,3 mln. kVt·st, SES-lərdə 979,0 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 379,1 mln. kV·st (İES-lərdə 216,8 mln. kVt·st, SES-lərdə 117,4 mln. kVt·st, GES-də 44,9 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 56,7 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə 1915,7 mln. kVt·st təşkil edib.