2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
2021-ci ilin yanvar-iyun ayların elektrik enerjisi istehsal qarışığında artım olub
2021-ci ilin yanvar-iyun aylarında ötən ilin müvfiq 6 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 161,7 mln. kVt·st artaraq 12.247,5 mlrd. kVt·st, SES-lərdə 92,5 mln. kVt·st artaraq 772,5 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 186,0 mln. kVt·st olub. Külək elektrik stansiyalarında 47,1 mln. kVt·st, günəş elektrik stansiyalarında 26,2 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 112,7 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
Birinci yarımildə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 11.829,2 mlrd. kV·ts (İES-lərdə 11.153,0 mlrd. kVt·st, SES-lərdə 676,2 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 211,0 mln. kV·st (İES-lərdə 99,9 mln. kVt·st, SES-lərdə 87,1 mln. kVt·st, GES-də 24,0 mln. kVt·st), müstəqil elektrik stansiyaları üzrə 1.131,1 mlrd. kVt·st təşkil edib.