2021-ci ilin yanvar-iyul aylarında neft ixracı

 2021-ci ilin yanvar-iyul aylarında neft ixracı

Bu ilin yanvar-iyul aylarında Azərbaycan İtaliyaya 3 652 875,97 min ABŞ dolları dəyərində 8 317 019.93 ton neft ixrac edib. Bununla da, İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.

Azərbaycanın ümumi neft ixracında ikinci yerdə İspaniya yer alıb. Belə ki, hesabat dövründə Azərbaycan bu ölkəyə 510 500,34 min dollar dəyərində 1 191 741,78 ton neft ixrac edib. Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri Xorvatiya tutub.

Yanvar-iyul aylarında bu ölkəyə 497 394,44 min dollar dəyərində1 070 522,09 ton neft ixrac edilib.

Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, Azərbaycan bu ilin yanvar-iyul aylarında 24 ölkəyə 7 585 824,11 min dollarlıq 17 106 825,51 ton neft ixrac edib.

Azərbaycanın neft ixrac etdiyi ölkələrin tam siyahısı:

#ÖlkələrMiqdar, tonMəbləğ, min $
Cəmi17 106 825,517 585 824,11
1İtaliya8 317 019,933 652 875,97
2İspaniya1 191 741,78510 500,34
3Xorvatiya1 070 522,09497 394,44
4İsrail972 654,65457 803,40
5Hindistan845 590,52346 185,84
6Portuqaliya665 643,95307 758,80
7Tunis595 120,06274 484,53
8Ukrayna480 800,72173 237,94
9Böyük Britaniya444 115,50212 934,05
10Türkiyə328 656,97136 951,78
11Kanada278 174,60140 031,95
12Çin277 516,67102 592,36
13Tailand277 100,94134 110,72
14Almaniya272 078,76128 473,84
15Belarus270 691,94118 892,03
16İndoneziya159 510,6081 219,03
17Vyetnam139 699,6472 728,56
18Çexiya120 392,6761 012
19Fransa91 755,2145 737,11
20İrlandiya87 840,9041 737,54
21Rumıniya84 725,0830 584,11
22Avstriya80 008,7537 460,90
23Avstraliya54 975,8220 884,24
24Rusiya487,77232,64

 Enerji Portalı məlumatı www.apa.az istinadən təqdim edir.