2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
2021-ci ilin yanvar-iyul aylarında elektrik enerji istehsalı, ixrac–idxal göstəriciləri
Cari ilin 7 ayı ərzində isə respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 498,5 mln. kVt·st artaraq 15845,0 mln kVt·st olub.
Hesabat dövründə elektrik enerjisinin ixracı 822,4 mln. kVt·st olmaqla, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 94,2 mln. kVt·st artıb. İrana 152,3 mln. kVt·st, Türkiyəyə 109,1 mln. kVt·st, Rusiyaya 56,1 mln. kVt·st, Gürcüstana isə 504,9 mln. kVt·st elektrik enerjisi ixrac edilib.
Bu dövrdə elektrik enerjisinin idxalı 100,1 mln. kVt·st olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 15,9 mln. kVt·st artıb. İrandan 19,6 mln. kVt·st, Rusiyadan 55,8 mln. kVt·st, Gürcüstandan isə 24,7 mln. kVt·st elektrik enerjisi idxal edilib.