2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
2021-ci ilin 1-ci yarısında CQBK üzrə orta ötürücülük gücü 46.51 milyon kub metr olub
Cari ilin birinci yarısında Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) əməliyyat xərcləri təqribən 27 milyon dollar, əsaslı xərclər isə təqribən 11 milyon dollar olub.
CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.
İlin ilk altı ayı ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü 46,51 milyon kubmetr olmuşdur.
Xatırladaq ki, Cənubi Qafqaz Boru Kəməri şirkətinin (CQBKş) sərmayədarları bunlardır: bp (28,8%), TPAO (19%), PETRONAS (15,5%), AzSCP (10%), NİKO (10%), LUKOYL (10%), Cənub Qaz Dəhlizi Midstrim (6.7%).