2020-ci ildə bərpa olunan elektrik enerjisinin istehsal xərcləri

 2020-ci ildə bərpa olunan elektrik enerjisinin istehsal xərcləri

2010-cu ildən 2020-ci ilə qədər olan dövrdə şahidi olduq ki, bərpa olunan elektrik enerjisinin istehsalı yeni güclər üçün üstünlük verməli olduğumuz əsas iqtisadi seçimdir.

Həmin dövrdə günəş (konsentrə olunmuş günəş enerjisi, şəbəkə miqyaslı günəş fotovoltaik qurğularından) və dənizdə -quruda külək istehsal qurğularının rəqabətliliyi, maliyyə yardımı nəzərə alınmadan mazutla işləyən yeni güclər ilə eyni xərc səviyyəsindədir. Həqiqətən, bu meyl, heç də  bərpa olunan enerji mənbələrindən birinin ənənəvi  yanacaqla işləyən elektrik stansiyaları ilə  rəqabət aparmasında deyil, burada biz onların bütövlükdə əhəmiyyətli dərəcədə aşağı düşməsinin şahidi oluruq ki, bütün bunlar  da yeni güclərin tələb olunmasında nəzərə alınmalıdır.

Texnologiyaların davamlı inkişafı, onların miqyas effekti, rəqabətli təchizat zənciri və bu texnologiyalar üzərində çalışanların təcrüblərinin artması səbəbi ilə   onların qiymətləri aşağı düşdükcə  2000 və 2020-ci ilər arasında dünyada bərpa olunan enerji gücü, 3.7 dəfə, 754 QVt –dan 2799 QVt-a qədər artmışdır.

2010 və 2020-ci illər arasında şəbəkə həcmli günəş fotovoltaik texnologiyalarından xərclər 85% aşağı düşmüşdür.

  • 2019-cu il ilə müqayisədə 2020-ci ildə quruda külək qurğularından əlavə olunan yeni güclərin qlobal çəkili elektrik enerjisinin normalaşdırılmış dəyəri 13% aşağı düşmüşdür. Eyni dövrdə, suda quraşdırılan külək qurğularından elektrik enerjisinin normalaşdırılmış dəyəri 9%,  şəbəkə ölçülü günəş fotovoltaik qurğularından elektrik enerjisinin normallaşdırılmış dəyəri 7% aşağı düşmüşdür.
  • Bərpa olunan enerji mənbələrindən istehsal xərcləri texnologiyanın təkmilləşdirilməsi ilə, miqyas effektinə, rəqabətli dəyər zənciri və işlədicilərin təcrübələrinin artması ilə ötən 10 illikdə kəskin şəkildə aşağı düşmüşdür.   Şəbəkə həcmli günəş elektrik stansiyalarından elektrik enerjisinin dəyəri 2010 və 2020-ci il arasında 85% aşağı düşmüşdür.
  • Günəş və külək qurğularından istehsal olunan enerjinin dəyəri çox aşağı səviyəyə qədər aşağı düşmüşdür. 2010-cu ildən etibarən bərpa olunan enerji istehsal qurğularından dünyada ümumilikdə 644 QVt güc əlavə edilmişdir ki, bunun da  xərcləri müvafiq ilin ən ucuz yanacağı ilə işləyən elektrik enerji stansiyasından istehsal olunan elektrik  enerjisinin xərcindən  aşağı olmuşdur. Bazar iqtisadiyyatı formalaşmaqda olan ölkələrdən 534 QVt elektrik enerjisi əlavə edilmişdir ki, bunların xərci yanacaq ilə işləyən elektrik stansiyalarından aşağı olub, elektrik enerjisinin istehsal xərclərini bu il 32 milyard ABŞ dolları aşağı salacaqdır.
  • Yeni günəş və külək layihələri, hətta ən ucuz və ən az dayanıqlı hesab olunan mövcud kömür elektrik stansiyalarından istehsal olunan elektrik enerjisinin xərclərindən aşağı düşməkdə davam edir. İRENA-nın təhlillərinə görə mövcud kömür ilə işləyən 800QVt güc stansiyalarında istismar xərcləri, yeni şəbəkə həcmli günəş fotovoltaik və quruda külək qurğularına nəzərən  yüksək olub, üstəlik inteqrasiya  xərcləri üçün 0.005 kVt/saat ABŞ dolları tələb olunur.  Kömür ilə işləyən bu stansiyaların əvəz olunması, sistemin illik xərclərini hər il   32 milyard ABŞ dolları olmaqla aşağı salacaqdır və CO2 tullantılarını da təxminən 3 Qiqaton həcmində azaldacaqdır.
  • İRENA-nın xərc təhlili proqramı üzrə 2012-ci ildən etibarən bərpa olunan enerji istehsal texologiyalarından xərc və istismar göstəricilərini üzrə məlumatlar toplanılır və onların hesabatı verilir. Bu hesabatda xərc və istismar göstəricilərinin ölçüləri üzrə iki əsas məlumat mənbəyi, İRENA-nın Bərpa olunan Enerji mənbələri üzrə xərclərin məlumat bazası və İRENA-nın hərracları və Enerji alış müqavilələrinin məlumat bazalarıdır. Bu il, ilk dəfə, bu hesabata eləcə də, ölçü akkumulyator batareyalarının və sənaye tipli qızdırıcı sistemləri üzrə günəş istilik texnologiylarınıb  xərc göstəriciləri üzrə qısa icmalı da daxil edilmişdir.

Xərc üzrə meylər və onlara səbəb olan amillər ilə yanaşı bu hesabatda  xərcləri təfərrüfatları ətraflı şəkildə verilmişdir. Təhlillərə dünyada yerinə yetirilən 20000 bərpa olunan enerji layihələri daxil edilmişdir ki, buraya 13000 hərrac və bərpa olunan enerji alış müqavilələrindən məlumatları daxildir.

Hesabatla ətraflı tanış olmaq üçün keçidə daxil olun.

Məlumat, www.irena.az istinadən təqdim edilir.