20 sentyabr Neftçilər Günü

 20 sentyabr Neftçilər Günü

Əziz Neftçilər!

1803-cü ildə Bibihebətdə başlayan bugün Abşeronun dərin və dayaz  sularında davam etdirilən 218 illik  tarixə malik neft sənayesinin iştirakçısı olmuş və olan hər bir fədakar neftçini qurur hissi ilə Neftçilər Günü münasibətilə təbrik edirik! Azərbaycanın simvoluna çevrilən neftin ölkəmizin rifahında və 44 günlük müharibədə qələbəmizin təmin olunmasında rolunu xüsusilə qeyd etmək istərdik.

1994 –cü il 20 sentyabrda “Əsrin Müaviləsinin” imzalanması ilə hər il “Neftçilər günü” kimi tarixə düşən bu günü bu il bir fərqli qarşılayırıq.  Bugün Qarabağla və Şərqi Zəngəzurla bütövləşən Azərbaycanın qələbəsinin əldə olunmasında qurur hissi ilə neftçilərimizin rolunu vurğulamaq istərdik. Arxa cəbhədə gecə gündüz pandemiya şəraitində Azərbaycanın bütövlüyü və iqtisadiyyatının dayanıqlılığı uğrunda çalışan neftiçilərimizin də qələbəsini xüsusi fəxarət hissi ilə bugün qeyd edirik. Qolunuzun gücü, alnınızın təri sayəsində 44 günük müharibədə ön cəbhəni ən zəruri silah-sursat, yanacaq və ərzaq ehtiyatı ilə təchiz edərək,  bizi Qarabağlı və Sərqi Zəngəzurlu günlərimizə qovuşdurdunuz.

Əziz Neftçilər!

Enerji Portalının komandası adından hər birinizin peşə bayramını təbrik edirik, uğurlarınızın davamlı olmasını diləyirik.