150 kVt-dan yuxarı elektrik qurğularının istismara buraxılış aktının verilməsinə görə dövlət rüsumu müəyyən edilib

 150 kVt-dan yuxarı elektrik qurğularının istismara buraxılış aktının verilməsinə görə dövlət rüsumu müəyyən edilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və
enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2013-cü il 27 avqust tarixli 234 nömrəli
Qərarında dəyişiklik edilməsi barədə

“Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin Nümunəvi
Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2018-ci il 6 iyul tarixli 173 nömrəli, “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı
sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 16 iyul tarixli 204 nömrəli, “Azərbaycan
Respublikasının Əqli Mülkiyyət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 30 iyul tarixli 222 nömrəli, “Bəzi tikinti
obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il
28 dekabr tarixli 460 nömrəli, “Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi
ilə bağlı bəzi məsələlər haqqında” 2019-cu il 19 mart tarixli 597 nömrəli, “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması
haqqında” 2021-ci il 22 iyun tarixli 1375 nömrəli, “Dəniz nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər
haqqında” 2021-ci il 11 oktyabr tarixli 1462 nömrəli fərmanlarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikasının Prezidenti
yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin hesabına dövlət rüsumlarından daxil olan vəsaitdən
istifadə qaydası haqqında” 2015-ci il 21 dekabr tarixli 712 nömrəli Fərmanının ləğv edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2021-ci il 29 dekabr tarixli 1540 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 234 nömrəli Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2013, № 8, maddə 1032; 2014, № 1, maddə 69; 2016, № 2 (II kitab), maddə 361, № 11, maddə 1951; 2017, № 7,
maddə 1486; 2018, № 4, maddə 834, № 6, maddə 1366, № 11, maddələr 2455, 2461; 2020, № 6, maddə 813; 2022, № 2, maddə
171; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 4 aprel tarixli 122 nömrəli Qərarı) ilə təsdiq edilmiş “İstehlakçıların elektrik
enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”na aşağıdakı məzmunda
3.3-1-ci bənd əlavə edilsin:

“3.3-1. 150 kVt-dan yuxarı elektrik qurğularının istismara buraxılış aktının verilməsinə görə “Dövlət rüsumu haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur”.

https://nk.gov.az/az/document/6157/