2021-ci ilin noyabr ayında ölkədə elektrik enerjisi istehsalı artıb

 2021-ci ilin noyabr ayında ölkədə elektrik enerjisi istehsalı artıb

2021-ci ilin 11 ayı üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, noyabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2408,9 mln. kVt·st, ixracı 233,9 mln. kVt·st, idxalı 10,4 mln. kVt·st olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə noyabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 288,4 mln. kVt·st, ixrac 146,1 mln. kVt·st artıb, idxal isə 0,3 mln. kVt·st azalıb.