01 may 2023-ci il tarixinə Azəri-Çıraq-Günəşli və Şahdəniz üzrə gəlirlər

 01 may 2023-ci il tarixinə Azəri-Çıraq-Günəşli və Şahdəniz üzrə gəlirlər

Azərbaycan Respublikası Dövlət Neft Fondu 01 may 2023-cü il tarixinə Azəri-Çıraq-Günəşli və Şahdəniz üzrə gəlirləri açıqlayıb. Belə ki,  01.01.2023-01.05.2023 tarixinə AÇG yatağından gəlirlər – 2 468 mln. ABŞ dolları təşkil edib.

Qaz və kondensat daxil olmaqla Şahdəniz yatağından isə eyni dövrə gəlirlər  935,754 mln. ABŞ dolları təşkil edib. Şahdəniz yatağından əldə edilən gəlirlərə  kondensatın satışından əldə olunan gəlirlər də daxildir ki, 01.01.2023-01.05.2023 tarixinə -197,763 mln. ABŞ dolları təşkil edir.