ƏSASLI ŞƏKİLDƏ YENİDƏN QURULAN 110/35/6 KV –LUQ “SURAXANI” YARIMSTANSİYASI İSTISMARA TƏHVIL VERILIB

 ƏSASLI ŞƏKİLDƏ YENİDƏN QURULAN 110/35/6 KV –LUQ “SURAXANI” YARIMSTANSİYASI İSTISMARA TƏHVIL VERILIB

Avqustun 06-da  “Suraxanı” y/s əsaslı yendənqurmadan sonra istismara təhvil verilib. Yarımstansiyanın açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirak edib. Dövlət başçısı yarımstansiyanı işə salıb onun işi ilə tanış olub.

1932-ci ildə tikilən “Suraxanı” yarımstansiyası istismar müddətini dəfələrlə keçmiş, artan tələbatı qarşılaya bilmirdi. Məhz buna görə, yarımstansiyada əsaslı şəkildə yenidənqurma işləri aparılıb.

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlətimizin başçısına məlumat verdi ki, yarımstansiya sökülərək açıq tiplidən qapalı tipli variantda tam yenidən qurulub.

“Suraxanı” yarımstansiyasında digərlərində olduğu kimi müasir avadanlıqlarla təchiz olunub.  Yarımstansiya Suraxanı rayonunu, Sabunçu və Xəzər rayonlarının bir hissəsini, o cümlədən bir neçə digər sosial strateji və sosial infrastruktur obyektini elektrik enerjisi ilə təchiz edəcək.

Xüsusi layihə əsasında “Suraxanı” yarımstansiyasının gərginliyi dəyişdirilərək 110/20/6 kV-dan 110/35/6 kV-yə keçirilib, itkilərin azaldılmasına nail olunub. Eyni zamanda, yarımstansiyanın transformatorlarının ümumi gücü də 126 meqavolt amperədək artırılıb. Müasir avadanlığın quraşdırılması nəticəsində yarımstansiyanın istismar xərclərinin azaldılmasına, işçi heyətin təhlükəsiz əmək fəaliyyətinə, avadanlıqların ətraf mühitin zərərli təsirindən qorunmasına və yarımstansiyanın daha səmərəli fəaliyyət göstərməsinə nail olunub.