2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
Ərəb körfəzində ilk hidro akkumulyasiyalı nasos elektrik elektrik stansiyasının inşası yerinə yetirlir
Qabaqcıl həll yollarından istifadə etməklə Birləşmiş Ərəb Əmirliyi, enerji təchizatında bərpa olunan enerji qarışığının payını artırıb təmiz enerji mənbələrinə keçidi sürətləndirəcəkdir.
Dünyaca məhşur Hitachi ABB Power Grids şirkəti, ANDRITZ Hydro şirkətini Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərindən 140 km cənub şərqə Həcər Dağlarında tikilməkdə olan hidro akkumulyasiyalı nasos elektrik stansiyası üçün şəbəkəyə qoşulma və dayanıqlılıq üçün müasir texnologiyalar ilə təchiz edəcəkdir.
Hatta hidro akkumulyasiyalı elektrik stansiyası, BƏƏ və Ərəb Körfəz regionunda ilk bu tipdə olan layihədir. Layihə, Dubay Elektrik Enerjisi və Su İdarəsini tərəfindən yerinə yetirilir və 2024-cü ilin əvvəllərində işə salındıqdan sonra sistemi 250 MVt təmiz, bərpa olunan və çevik elektrik enerji ilə təchiz edəcəkdir. Şəbəkə qoşulmalarında və elektrik enerji istehsalı sahəsində elektron avadanlıqlarında qabaqcıl mövqeyə malik Hitachi ABB Power Grids şirkəti, elektron çevirici əsaslı iki ədəd dəyişən cərəyan təsirlənmə sistemi təchiz edəcəkdir. Sistem, əks dövr etmə qurğularının dəyişən rejimdə istismarını təmin edəcəkdir. Hitachi ABB Power Grids, eləcə də stansiyanı Dubay Elektrik Enerjisi və Su İdarəsinin 132 kV-luq şəbəkəsinə qoşmaq üçün inteqrə edilmiş həll ilə də təchiz edəcəkdir.
Strateji əhəmiyyətli layihə, Dubayın Təmiz Enerji Strategiyası ilə uyğunluq təşkil edərək BƏƏ –nin enerji qarışığını diversifikasiya etməyə xidmət edəcəkdir.
Nasos su elektrik stansiyası, 1716 milyon qalon su tutumuna malik Hatta bəndinin yaxınlığında aşağı su anbarından və 880 milyon qalona kimi su tutumuna malik təxminən 300 metrlik yüksəklikdə dağda inşa olunan yuxarı su anbarından ibarətdir. Qeyri pik saatlarında, turbinlər suyu aşağı su anbarından 4 km məsafədə yerləşən yuxarı su anbarına nasos ilə vuracaqdır. Burada nasoslar Mohammed bin Rashid Al Maktoum günəş parkından təchiz edilən enerji ilə qidalanacaqdır. Yuxarı su anbarında saxlanılan su, enerjiyə tələbatın pik saatlarında aşağı su anabrına turbinlərdən keçərək boşaldılacaqdır ki, bu zaman turbinlər pik tələbatını ödəmək üçün çevik elektrik enerjisi istehsal edəcəkdir.
ANDRITZ Hydroya təchiz edilən müasir texnologiya, maşını müxtəlif sürətdə idarə etməyə imkan verən dəyişən cərəyan təsirlənməsi üçün PCS8000 çeviricisindən istifadə edir. Bu optimal istimar səmərəliliyinə və maşını keçid rejiminə salmadan, nasos rejimində müxtəlif gücdə istismarını mümkün edir.
Məlumat, https://www.hitachiabb-powergrids.com/news/global-news/press-releases/hitachi-abb-power-grids-systems-will-support-the-first-ever-hydro-pumped-power-project-in-the-gulf-region mənbəyinə istinadən təqdim edilir.